Parlament gələn həftənin ilk günü toplaşacaq
Milli Məclisin növbəti iclasının tarixi məlum olub.
Musavat.com-un məlumatına görə, bu barədə spiker Sahibə Qafarova 13 dekabrda keçirilən plenar iclasın sonunda bildirib.
Spiker qeyd edib ki, Milli Məclisin növbəti iclası dekabrın 16-da olacaq.
Aldığımız məlumata görə, həmin gün 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfi üçüncü oxunuşda müzakirəyə təqdim olunacaq.