NATO müdafiə xərclərini artırır
NATO-nun yeni baş katibi Mark Ryutte Brüsseldə ilk ictimai çıxışında üzv dövlətləri “Soyuq müharibə” dövrünün müdafiə büdcələrinə qayıtmağa çağırıb.
Musavat.com xəbər verir ki, o, Avropanın zəifləmiş müdafiə sənayesini bərpa etmək üçün xərclərin artırılmasının zəruri olduğunu vurğulayıb.
Ryutte bildirib ki, mövcud 2%-lik müdafiə büdcəsi həddi təhlükəsizliyi təmin etmək üçün kifayət etmir və bu göstərici ən azı 3%-ə qaldırılmalıdır. Bununla belə, hazırda bir çox ölkə hətta mövcud öhdəliklərini belə tam yerinə yetirmir.