24 Dekabr 2024

Trampın yaxın müttəfiqindən gözlənilməz addım: Rusiya ilə danışıqlara getmək olmaz

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın müttəfiqi, senator Mayk Rounds (Cənubi Dakotadan olan respublikaçı) qəti şəkildə Ukrayna müharibəsi üzrə Rusiya ilə danışıqlara qarşı çıxıb.

Musavat.com xəbər verir ki, məlumatı “Politico” nəşri yayıb.

Senator bildirib ki, onun bəyanatları hadisələrə öz baxışını əks etdirir və bütövlükdə partiyanın mövqeyi deyil: “Rusiya ilə razılığa gələ biləcəyimizə nə qədər inanmaq istəsəm də, özümüzü aldatdığımızdan şübhələnirəm. Kaş ki, asan bir çıxış yolu var deyə biləydim, amma bu yoxdur”.

Siyasətçi həmçinin ABŞ-ın münaqişədə qalib gəlmək üçün Ukraynaya əlavə silah verməməsindən məyus olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin sədri Rob Bauer bildirmişdi ki, alyans Kiyevə yardımı davam etdirməlidir. O, əlavə edib ki, “itiriləsi şeylər həddən artıq çoxdur”.