21 Noyabr 2024

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

Yeni Azərbaycan Partiyası bir tək siyasi partiya deyil, böyük bir ailə, böyük siyasi əqidə və Azərbaycanın işıqlı gələcəyidir. Yeni Azərbaycan Partiyası 90-cı illərin qanlı günlərində Ulu Öndər Heydər Əliyevin qurduğu böyük siyasi əqidənin, Azərbaycançılıq ideologiyasının təməlidir.

Azərbaycan bu gün dünyaya öz sözünü deyən, öz siyasi dəsti xətti olan siyasi gücə malik, güclü ölkədir. Bu böyük siyasi gücün təməlində bu günümüzün partiyası olan Yeni Azərbaycan partiyası durur. Bu gün Ulu Öndərin əmanəti olan Yeni Azərbaycan partiyasına, Azərbaycanın müzəffər Ali baş komandanı İlham Əliyev rəhbərlik edir. Onun rəhbərliyi ilə partiyamız Ulu Öndərin deyimindəki kimi bu günümüzü qurur, gözəl gələcəyi hazırlayır.

Yeni Azərbaycan Partiyası şanlı zəfər yürüyüşündə, Vətən müharibəsində bir daha öz siyasi gücünü gözlər önünə qoydu. Həm döyüş meydanında həm də informasiya cəbhəsində Yeni Azərbaycan Partiyası öndə oldu. Neçə-neçə qazilər verdi şəhidlər verdi bu partiya. Vətən üçün, Azərbaycanımız üçün. Şüpəsiz Yeni Azərbaycan Partiyasına daxil olan hər bir Azərbaycanlı bu partiyanın siyasi ideologoyasında olan Azərbaycana, vətəndaşa xidmət prinsipini qəbul edir. Ulu öndərin bizə əmanəti olan partiyamız Ulu Öndərin deyimiylə “bu partiya saflıq və saf mənəviyyat üzərində qurulmuş partiyadır”.

Qafqazın ən böyük siyasi partiyası olan, eyni zaman da böyük bir ailə olan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyi üçün böyük bir siyasi dayanaqdır.

Yeni Azərbaycan partiyası dünənimizin bu günümüzün gələcəyimiz partiyasıdır. Yeni Azərbaycan partiyası xalqın partiyasıdır!

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı