Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunaraq bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir:Dövlət başçısı nəinki bu sammitdə, rəhbərliyə gəldiyi ilk gündən müstəqilliyini qazanan və müstəqilliyə can atan kiçik ada dövlətlərinin taleyi uğrunda daim düşünüb, onlara yardımını əsirgəməyib. Bu gün də həmin ənənə davam edir və kiçik ada dövlətlərinin taleyi, onların gələcək inkişafı, müstəqilliklərini tam təmin etmələri ölkə rəhbərini hər zaman düşündürür.
Bu sammitdə də dövlətimizin rəhbəri ada dövlətlərinə yardımın, onların müstəmləkədən azad olmaları uğrunda mübarizəsini dəstəkləyib və bu dövlətlərə 10 milyon manat həcmində maddi vəsaitin göstərilməsini zəruri hesab edib.
Kiçik ada dövlətlərinin bir çoxu Fransa müstəmləkəsinə qarşı ciddi mübarizəyə başlayıblar. Öz suverenliklərini təmin etmək üçün beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırır və öz hüquqlarının müdafiəsi üçün lazımi tədbirlərə əl atırlar. Kiçik ada dövlətlərinin COP29-a dəvət olunması və onların nümayəndələrinə lazımi diqqətin göstərilməsi də məhz onların suverenliyinə dəstəyin bir ifadəsi kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, COP29-un keçirilməsi də onlar üçün yeni fayda gətirəcək. Çünki bu tədbirin keçirilməsi, aparılan müzakirələr, cənab Prezidentin bu istiqamətdə çıxışı bir daha göstərir ki, COP29-dan onlar da faydalanacaq.
Azərbaycan Prezidenti dünyada haqqın, ədalətin, demokratiyanın tərəfdarı olduğu üçün hər bir dövlətin müstəqilliyinə, tam suverenlik qazanmasına qayğısını əsirgəmir. Bu baxımdan da kiçik ada dövlətlərinin Sammitinin təşkil olunması və həmin Sammitdə cənab İlham Əliyevin çıxışı bir çox müstəmləkəçi dövlətlərə öz mesajlarını ünvanlaması təbiidir və bu dövlətimizin bəşəri ideyalarından irəli gəlir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı