16 Noyabr 2024

COP29 Azərbaycanın güclü və etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi

Azərbaycan sözün əsl mənasında dünyaya qucaq açmaq iqtidarına malikdir, bununla yanaşı, dünyanın bir nömrəli problemi olan iqlim dəyişikliyi ilə bağlı məsələlərdə liderlik etmək qabiliyyətindədir. Bu da cənab Prezident İlham Əliyevin yüskək səviyyədə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Hımçinin möhtərəm Prezidentimizin COP 29 çərçivəsində planetin xilası naminə Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaratmaq kimi tarixi və çətin missiyanı üzərinə götürməsi ölkəmizin beynəlxalq aləmdə rolunu daha da gücləndirəcək.

Azərbaycanı sevməyən, anti-Azərbaycan qüvvələrin problem yaratmaq cəhdi, baykot çağırışı tam iflasa uğradı, COP29 ən yüksək səviyyədə təşkil olundu və yüksək səviyyədə davam edir, hər keçən gün Azərbaycanın uğuru kimi tarixə düşür. Bu cür bədxahlara isə ən yaxşı cavabı cənab Prezident İlham Əliyev verdi: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”

200-ə yaxın ölkənin yüksək səviyyəli nümayəndələri, 100-ə yaxın ölkənin rəhbərləri Azərbaycana gəldilər, ölkəmizi yaxından tanıdılar, Azərbaycanın iqtisadi potensialının, yüksək təşkilatçılıq bacarığının, qonaqpərvərliyinin, zəngin mədəniyyətinin və ən əsası iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərin, “Yaşıl” iqtisadiyyata keçidin canlı şahidi oldular. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın milli maraqlarına, güclənməsinə, beynəlxalq arenada daha geniş şəkildə söz sahibi olmasına kömək edir və edəcək.

Azərbaycan qlobal proseslərə çox ciddi şəkildə qoşulub və kiçik ada ölkələrinə yardım fondu təsis olunub, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Prezident İlham Əliyevin çıxışında həm kiçik ada ölkələrinə açıq dəstətyini ifadə etdi, həm də Makron Fransasının və Niderlandın müsətmələkəçi mahiyyətini və əsl simasını ifşa etdi: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı”.

Azərbaycan sözün əsl mənasında dünyaya qucaq açmaq iqtidarına malikdir, bununla yanaşı, dünyanın bir nömrəli problemi olan iqlim dəyişikliyi ilə bağlı məsələlərdə liderlik etmək qabiliyyətindədir. Bu da cənab Prezident İlham Əliyevin yüskək səviyyədə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Hımçinin möhtərəm Prezidentimizin COP 29 çərçivəsində planetin xilası naminə Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaratmaq kimi tarixi və çətin missiyanı üzərinə götürməsi ölkəmizin beynəlxalq aləmdə rolunu daha da gücləndirəcək.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı