Evinə qonaq dəvət etdiyi dostunu öldürən şəxs 10 il 6 ay həbs cəzası verildi
Qobustanda yeyib-içdikdən sonra dostunu öldürən şəxs hakim qarşısına çıxarılıb.
Media1.az Musavat.com-a istinadla xəbər verir ki, bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 1985-ci il təvəllüdlü Rövşən Məhərrəmovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hökmə əsasən R.Məhərrəmov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rövşən Məhərrəmov dostu olan həmyerlisi, 1975-ci il təvəllüdlü Cabarov Elman Ziyadxan oğlunu öz evinə qonaq dəvət edib. Onlar yeyib-içdikdən sonra aralarında dava düşüb. Rövşən mətbəx bıçağı ilə Elmana bir neçə xəsarət yetirib. Elman aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Rövşən həmin evdə tək yaşayırmış.
R.Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.