21 Noyabr 2024

Sadiq Qurbanov: “Qafqazda sülhün təmin olunması Ermənistanla- Azərbaycan arasinda bağlanacaq sülh müqaviləsindən asılıdr”

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevin 24 oktyabrda Kazanda BRICS sammitindəki çıxışına münasibət bildirərkən söyləyib.O, bildirib ki, 2006-cı ildə yaradılan BRICS-in 9 üzvü var. Hazırki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşdə iştirak edib. Bu isə sammitin ciddi bir platforma olduğunu göstərir. Sammit çərçivəsində Prezident İlham Əliyevin Ermənistan Baş Naziri N.Paşinyanla görüşü onu göstərdiki Qafqazda sülhün təmin olunmasının Ermənistanla-Azərbaycan arasinda bağlanacaq sülh müqaviləsindən asilidr. Sülh müqaviləsinin bağlanmasına mane olan qüvvələr bunun məsuliyyətini anlamalıdır.