Bərdə Dövlət Peşə Təhsil Mərkəzində COP 29 ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov və nümayəndələri, Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Samir Nəcəfov, mərkəzin təlim-tərbiyə işləri üzrə direktor müavini Nigar Elşən və müxtəlif ixtisaslarda təhsil alan tələbələri iştirak edib.
Tədbirdə çıxış edənlər COP29-un mahiyyətini, iqlim dəyişikliyi, İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror, Azərbaycanın COP29-a sədrliyi haqqında iştirakçılara ətraflı məlumat verilib.
Media1.az