18 Oktyabr 2024

Ermənistan Azərbaycana hansı təklifləri verib? Mirzoyan AÇIQLADI

Biz Azərbaycana iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam riayət etməklə, dəmir yolu infrastrukturunun yenidən işə salınmasını, sərhəd keçidlərinin və gömrük prosedurlarının sadələşdirilməsini, müəyyən əlavə təhlükəsizlik mexanizmlərini təmin etmək yollarını təklif etmişik.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” platformasının nazirlər görüşündə çıxışı zamanı deyib.

“Ermənistan səmimidir və BMT Nizamnaməsinin prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və siyasi müstəqillik prinsipləri əsasında regional kommunikasiyaların inkişafına və qonşuları ilə münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini dəfələrlə nümayiş etdirib”, – Mirzoyan bildirib.

Nigar,
Musavat.com