Zümürxan mədəniyyət evində “Azərbaycanın müstəqilliyi əbədidir”adlı tədbir təşkil edilib
Oktyabrın 17-də Zümürxan kənd mədəniyyət evində 18 Oktyabr Müstəqillik günü münasibətilə tədbir təşkil edilib.
Media1.az-ın xəbərinə görə, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiram duruşu ilə yad edilib.
Tədbiri giriş nitqi ilə mədəniyyət evinin metodisti Musa Muradlı açaraq , 90 -cı illərdə baş verən hadisələrdən danışıb. Tarixi nailiyyətimiz haqqında geniş və ətraflı məlumat verib. Müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin əvəzolunmaz rolunu qeyd edib.
Mədəniyyət evinin direktoru Elmira Bayramova və bədii rəhbər Arzu Alıyeva da çıxış edərək müstəqilliyimizin əldə olunmasından , eləcə də həyata keçirilən uğurlu siyasət sayəsində ölkəmizin inkişafından danışıblar.
Sonra ədəbi – bədii kompozisiya ilə tədbir davam edib.