ABŞ Ukraynaya 425 milyon dollarlıq yeni silah yardımı açıqladı
ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla ümumi dəyəri 425 milyon dollar olan yeni silah paketi ayrıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin Amerika lideri ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında söhbətdən sonra yaydığı bəyanatda məlumat açıqlanıb: “Bu gün prezident Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yerüstü sursatlar, zirehli texnikalar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan kritik hərbi sursatlar daxildir”.
Amerika administrasiyası həmçinin noyabrda videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun görüşünün keçiriləcəyini açıqlayıb.