Rusiya ordusuna qoşulmuş azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu həlak olub.
Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.