21 Dekabr 2024

Consondan Ukrayna ilə bağlı KRİTİK ADDIM – “Rusiyanı vurmaq üçün…”

Boris Conson və digər keçmiş britaniyalı nazirlər Böyük Britaniyanın baş naziri Keir Starmerə müraciət ünvanlayıblar. 

Musavat.com “The Times”a istinadən xəbər verir ki, onlar müraciətlərində, Ukraynanın ABŞ-ın dəstəyi olmadan belə uzaqmənzilli “Storm Shadow” raketləri ilə Rusiyanı vurmağa icazə verməyə çağırıblar.

Bildirilib ki, gecikmə üçün heç bir ağlabatan səbəb yoxdur. Conson qeyd edib ki, gərginlikdən qorxan yeganə şəxs Putindir.

“Hər keçən gün insanların həyatını xilas etmək və bu müharibəyə ədalətli son qoymaq üçün itirilmiş fürsətdir.” – , deyə müraciətdə qeyd edilib.

Britaniya Müdafiə Nazirliyindəki adı açıqlanmayan mənbə bildirib ki, “Storm Shadow” (“Fırtına kölgəsi”) birtərəfli qaydada buraxıla bilər, lakin raket çox güman ki, Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərindən yaxa qurtara bilməyəcək.

“Ruslar bütün GPS sistemlərini yararsız hala salıblar və buna görə də biz ABŞ-a məxsus başqa məlumat sistemlərindən istifadə etməliyik” – , deyə mənbə bildirib.

Qeyd edək ki, sentyabrın 13-də Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-a gedib.

Baş nazir ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Tərəflər Ukraynaya dəstək istiqamətində növbəti addımları müzakirə ediblər.

Görüşdən əvvəl mətbuata qısa açıqlama verən Bayden, Ukraynanın Rusiyanın təcavüzündən müdafiə olunmağa çalışdığı halda, ABŞ-ın Böyük Britaniya ilə birlikdə Ukraynaya dəstək verdiyini deyib. Daha sonra o, “Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq”, – deyə sözlərini yekunlaşdırıb.