21 Noyabr 2024

Antiterror tədbirləri ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir

Antiterror tədbirləri XXI əsrin hərb tarixinə qızıl hərflərlə adı yazılmış bir hadisədir. Çünki 23 saat ərzində çox geniş bir coğrafiyada, geniş tərkibdə olan silahlı qüvvələrə qarşı Azərbaycan ordusu uğurlu hərbi əməliyyat keçirdi. Bu hərbi əməliyyat həm taktiki, həm də strateji cəhətdən tam olaraq qalib olduğumuz hərbi tədbirlər idi.

Antiterror tədbirlərinin əsas mahiyyəti ondan ibarət idi ki, torpaqlarımızdakı separatçı qüvvələr tamamilə ərazilərimizdən təmizləndilər. İkincisi isə Azərbaycan ərazi bütövlüyü tam olaraq bərpa edildi və Azərbaycan ərazisində sadəcə Azərbaycan qoşunları qaldı.Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsindən sonra artıq bizim torpaqlarımızda heç bir problem qalmadı. Bu bizim uzun illərdir, hətta xanlıqlar dövründən bəri heç bir zaman görmədiyimiz hadisə idi.Antiterror əməliyyatları unikal əməliyyatdır. Çünki dünyada buna bənzər və yüksək həssaslıqla həyata keçirilən döyüş əməliyyatı ilə biz rastlaşmamışıq. Nəticə etibarilə bu əməliyyat seperatizmdən əziyyət çəkən ölkələr üçün nümunəvi əməliyyatdır.

Milyard dollarlarla silah-sursatlara, texnika, avadanlıq və vasitələrə malik olan Ermənistan ordusunun Azərbaycan ərazilərində mövcudluğuna son qoyan antiterror əməliyyatı nəticəsində bir nəfər də olsun mülki vətəndaş və mülki obyekt ziyan görmədi. Məhz Azərbaycan ordusunun göstərdiyi yüksək peşəkarlıq və qəhrəmanlıq nəticəsində Azərbaycan müstəqil tarixində ilk dəfə olaraq bütün ərazilərində suverenliyini təmin etdi.

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı