Ukrayna hökumətindəki istefaların ŞOK DETALI
“Ukrayna hökumətindəki istefalar Kursk döyüşlərinin Kiyev administrasiyasında doğurduğu nəticələrdir. Bu o deməkdir ki, Ukrayna hakimiyyətində Kurska müdaxilə ilə əlaqədar fikir ayrılıqları olub”.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.
O qeyd edib ki, məsuliyyəti üzərlərinə götürən qüvvələrlə götürməyənlər arasında gedən mübahisələr kabinetdə istefalara gətirib çıxarır:
“Ukrayna Kurskda gözləntilərini reallaşdıra bilməyib. Rusiyanı prosesdən güclü çıxaran məsələlərdən biri Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi obyektlərə, strateji obyektlərə raket zərbələri endirməsinə ABŞ-nin izin verməməsidir. Volodimir Zelenski ABŞ-yə səfər edəcək. Zelenski Kursk dalanından sonra Ukraynanın şərq cəbhəsində Rusiya qoşunlarının irəliləyişləri fonunda Vaşinqtona hesabat verməlidir. Mümkündür ki, Zelenski ABŞ-yə Ukraynanın “qələbə planı”nı təqdim etmək üçün gedəcək və bu dumanlı perspektivə Ağ Evi inandırmağa çalışacaq”.
Afaq Mirayiq,
Musavat.com