23 Dekabr 2024

Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıdıb

Aksiyada bir neçə min insan iştirak edir

Ermənistanın paytaxtı Yerevanda ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəalları yenidən Baqramyan prospektinə, parlament binasının qarşısına qayıdıb.

Media1.az AYNA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, onlar bundan əvvəl Paşinyanın əleyhinə şüarlar və təhqirlər səsləndirərək Yerevan mərkəzində bir neçə kilometr irəliləyiblər. İndi isə Baqramyan prospektinə qayıdırlar.

Aksiyada bir neçə min insan iştirak edir. Hələlik polislə etirazçılar arasında hər hansı qarşıdurma yaranmayıb.