22 Noyabr 2024

Rusiyada DƏHŞƏTLİ qiyam: türmə rəisi girov götürüldü, ÖLDÜRÜLƏNLƏR var

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı Cəzaçəkmə Müəssisəsinin dustaqları qiyam qaldırıblar. Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb. Məlumata görə, dustaqlar qiyam zamanı girovlar götürüblər. Həbsxananın rəisi 45 yaşlı Andrey Devyatov qiyamçılar tərəfindən girov saxlanılır. Federal Penitensiar Xidmətin 1 əməkdaşı öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb.

Bu arada, Rusiya prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Kremlin mətbuat xidməti xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, müzakirələr davam etdirilib.

Rusiya tərəfinin Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin blokdan çıxarılmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib. İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub.

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün baş tutan telefon danışığının bəzi təfərrüatlarını açıqlayıb.

Açıqlamada liderlər arasında Ermənistandan keçən nəqliyyat yollarının (Zəngəzur dəhlizi) açılması məsələsinin də müzakirə olunduğu bildirilir.
“Vladimir Putinin Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlar nəzərə alınmaqla, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələr davam etdirilib. Rusiya tərəfinin Ermənistan-Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika kommunikasiyalarının blokadadan çıxarılmasında yardım göstərməyə davam etməyə hazır olduğu təsdiqlənib”, – Rusiya liderinin mətbuat xidməti qeyd edir.

İkitərəfli gündəliyə dair fikir mübadiləsi zamanı ticari-iqtisadi qarşılıqlı fəaliyyətin müsbət dinamikası xüsusilə qeyd olunub. Əlaqələrin davam etdirilməsi razılaşdırılıb.
Rusiya prezidentinin Azərbaycana ikigünlük dövlət səfəri avqustun 18-19-da baş tutub. Putin-Əliyev görüşünün mövzuları arasında Ermənistan-Azərbaycan nizamlanması da olub

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Aqşin Kərimovla söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat