22 Noyabr 2024

Bərdədə təsərrüfatların 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bərdə rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.

Musavat.com xəbər verir ki, Bərdə şəhərində şəbəkənin tikintisi başa çatmaq üzrədir. Şəhər mərkəzində 12644 təsərrüfatdan 7000-ə yaxın ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.

Rayonun Türkmən, Zümürxan, Qaradağlı, Divanlı, Mirzalıbəyli, Qaraməmmədli, Hacıbəyli, Qafarlı, Güloğlular, Şorəlli, Cəyirli, Gərənə, Əlyanlı, Muğanlı, Qasımbəyli, Körpüsındıran, Cumalar, Şatırlı, Kürdborakı, Birinci Qazaxlar, İkinci Nazırlı, Çəmənli, İmamqulubəyli, Yeni Daşkənd, Umudalılar, Tağılar, Mehdixanlı, İkinci Hacallı, Seyid Yusifli, Cicimli, Qayalı, Qəhrəmanlı, Mirasəfli, Həsənqaya, Saatlı, Qarağacı, Mirzəcəfərli, Mollagüllər, Samuxlu, Şirvanlı, Uğurbəyli, Dəymədağıldı, Bala Qaçar, Qullar, Böyük Qacar, Qurdlar, Kətəlparaq, Kələntərli, Darğalar, Əyricə, Yeni Əyricə, Nəcəfqulubəyli, Kərimbəyli, Nifçi, Otuzikilər, Mollaisalar, Mollaməmmədli, Bayramlı, Çələbilər, Alpoud, Qaradırnaq, Qarayusifli, Tumaslı, Böyük Göyüşlü, Bala Göyüşlü, Hacılar, Hüseynalılar, Yerli Ağalı, Arabaçılar, Mustafaağalı, Mollalı, Çərəlilər, Əmirli, Piyadalar, Şahvəlilər, Xanərəb, Şərəfli, Bəcirəvan, Xəsili, Qazaxlar, Hacallı və Lənbəran kəndində 32405 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb.

Ümumilikdə rayonda mövcud təsərrüfatların 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 19649 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,8 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 95,5%-ni təşkil edir.