12 Dekabr 2024

Sırskidən şok açıqlama: Artıq Kurskun 74 yaşayış məntəqəsi nəzarətimizdədir

Kursk vilayətinin 74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna prezidenti Vladimir Zelenskiyə məruzəsi zamanı məlumat açıqlayıb.

Onun sözlərinə görə, Kursk vilayətində ağır döyüşlər gedir: “Lakin Ukrayna Silahlı Qüvvələri irəliləməkdə və getdikcə daha çox rus əsir götürməkdə davam edir”.

Xatırladaq ki, 2 gün əvvəl Rusiya rəsmiləri Kurskun 28 yaşayış məntəqəsinin Ukraynanın nəzarətində olduğunu açıqlamışdılar.