21 Noyabr 2024

ŞOK! Putinin dəhşətli planı DEŞİFRƏ OLDU: Rusiya buna hazırlaşır, yüzlərlə raketi eyni anda…

Rusiya prezidenti Vladimir Putin Kiyevdə hökumət binalarına, o cümlədən parlamentə irimiqyaslı raket zərbəsi endirmə ehtimalını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə “Moskva Times” xəbər yayıb.

Ukrayna Müdafiə Nazirliyi hücumun Kurskdakı insidentə cavab ola biləcəyini ehtimal edir.

Ukrayna mənbəsi “Moskva Times”ə bildirib ki, Rusiya yüzlərlə raketi eyni anda buraxa bilər və bu, hava hücumundan müdafiə sistemlərinə ciddi problem yaradacaq. Ukrayna ordusunun sözçüsü mümkün hücumu “böyük problem” hesab edir, lakin Ukraynanın özünü müdafiə edə biləcəyinə əmindir.

Daha bir ukraynalı məmur AFP-yə Rusiyanın Ukraynadakı “qərar qəbuletmə mərkəzlərinə” hücum planlarını təsdiqləyib. Mümkün hücumun dəqiq vaxtı hələlik məlum deyil.