Həqiqətən də Qarabağ zəfərində Türkiyənin müstəsna rolu var
Türk birliyi sarsılmaz! Azərbaycanın Qarabağ zəfərindən sonra Türkiyə ictimaiyyətində “Qarabağı biz aldıq” düşüncəsi oturuşub, bu və ya digər formada bunu hiss etməmək mümkün deyil. İstər böyük qardaş sindromu olsun, istər tarixi bir zəfərdən özünə pay çıxarmaq istəyi olsun, istərsə də minnət duyğusu olsun, müharibədən sonra “biz etdik” düşüncəsi Türkiyə ictimaiyyətində mütləq ki, yaranacaqdı və yaranıb da. Ötən dörd ildə bu tarixi birlikdə yaşadıq. Dərindən təhlil etsək, həqiqətən də Qarabağ zəfərində Türkiyənin müstəsna rolu var idi. Bu, sonradan zəfərə “sahiblənə” biləcək qədər ciddi rol idi. Demək olar ki, hər məsələdə Türkiyənin iştirakı oldu.
Təbii ki, əsas istisna, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı idi. Azərbaycan Ordusu həm müharibədə, həm də sonrakı lokal əməliyyatlarda qarşısına qoyulan tapşırığın öhdəsində layiqincə gəldi. Azərbaycan əsgərinin əməyinə kölgə salınmadıqca, mənə görə Türkiyənin də Qarabağ zəfərini özününküləşdirməsi qəbulediləndir.
Aydındır ki, Ankara üçün Ermənistanın hərbi cəhətdən məğlub edilməsindən daha çox, münaqişənin geosiyasi aspekti önəmlidir. Türkiyə düz 100 ildən sonra Cənubi Qafqazda baş rol oynayaraq, Cumhuriyyət üçün yeni bir regionda dondurulmuş və olduqca çətin bir münaqişənin hərbi yolla həllində iştirak etdi.
Qarabağ münaqişəsinin həlli Türkiyənin beynəlxalq nüfuzunu daha da artırdı, ölkəni yeni liqaya çıxartdı. Bu mənada Türkiyə ictimaiyyətinin Qarabağdan ağız dolusu danışması, bir az da yaxşı mənada “şişirtmələrə” yol verməsi gözlənilən idi. Cəmiyyətimizdə bir kəsim var ki, Türkiyə ilə bağlı neqativ bir məqam yaranan ki, dərhal məsələni qaşımaqda, Türkiyəni açıq hədəf almaqda gecikmir. Bu ən çox da keçmiş sovet KQB sinin uzun illər “yetişdirdiyi” agentura setinə aiddir. “Pulunu verdik dron aldıq”, “torpağı verdik, şirkət açdılar” kimi arqumentlərlə Türkiyə – Azərbaycan müttəfiqliyinin sırf maddi maraqlara söykəndiyini, bu müttəfiqliyin bir anda müharibə vaxtı ortaya çıxdığını iddia edənlər müstəqilliyimizi bərpa etdikdən sonra ordu quruculuğu başda olmaqla, bir çox sahələrdə Türkiyənin oynadığı rolu “görmək” istəmir.
O ki qaldı Ərdoğanın atayurdu Rizedə partiyasının iclasında işlətdiyi “əsas odur ki, iqtisadi gücümüz olsun. Amma qardaşlığımızın təməli möhkəmdir, tarixi düşmənlərin fitnəsindən sarsılmaz.
Rasim Zeynalov – Jurnalist,politoloq