21 Noyabr 2024

Uşaq vaxtı keçdiyi yollarla 31 il sonra geri döndü: məşhur jurnalist nələri anlatdı… VİDEO

Yeni Müsavat Media Qrupunun tanınmış yazarı Etibar Seyidağa ilk dəfə yenicə azad edilmiş Ağdərədən keçib, doğulduğu Kəlbəcərə gedib.

Jurnalist uşaq vaxtı keçdiyi yollardan 31 il sonra yenidən keçməyin yaratdığı hisslərdən və gördüyü mənzərələrin gözəlliyindən şövqə gələrək, video çəkib və danışıb.

Daha sonra isə yolboyu gördüklərini çəkib və şərh edib.

Etibar Seyidağa Ağcakənddəki arı təsərrüfatının sahibi Mobil Mustafayevin fikirlərini də lentə köçürüb.

Təbiiliyi və emosianallığı baxımından çox maraqlı reportaj alınıb.

Etibar Seyidağa Kəlbəcər rayonunun Başlıbel kəndindədəndir. 1993-cü ilin aprelində Kəlbəcər işğal olunanda Etibar və ailəsi günlərlə piyada yol gedərək, işğalçılardan gizlənərək, qaçqın statusu ilə Gəncəyə yerləşiblər…

Artıq Kəlbəcər azaddır, Başlıbel azaddır, Ağdərə və Sərsəng azaddır, Azərbaycan tam azad və bütövdür. Etibar Seyidağa isə uşaq vaxtı didərgin düşdüyü Kəlbəcərə artıq tanınmış jurnalist olaraq dönür və yurdunun, Qarabağın gözəlliklərinin bir parçasını vəsf edir, öz telefonu ilə video çəkir, tarixə və tamaşaçılara ərməğan edir.

Jurnalist bundan öncə Kəlbəcərə Murov yolu ilə gedib – gəlib. Ağdərə azad olunandan sonra ilk dəfədir, daha rahat yolu istifadə edib.

Onun cib telefonu ilə çəkib, redaksiyamıza göndərdiyi görüntüləri təqdim edirik: