23 Dekabr 2024

NATO ermənilərə ÇAĞIRIŞ ETDİ

NATO Ermənistandakı vəziyyəti diqqətlə izləyir, tərəfləri eskalasiyadan çəkinməyə və bütün fikir ayrılıqlarını Konstitusiya çərçivəsində dinc yolla həll etməyə çağırır.

Media1.az “Report” -a istinadən xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Oana Lunqesku tvitterdəki hesabında yazıb.

“Biz Ermənistanda baş verən hadisələrin inkişafını diqqətlə müşahidə edirik. Sonrakı eskalasiyaya gətirib çıxara bilən fikirlərdən və hərəkətlərdən çəkinmək zəruridir. İstənilən siyasi fikir ayrılıqları Ermənistanın konstitusiyasına uyğun olaraq dinc və demokratik həll edilməlidir”, – o yazıb.