Putin Paşinyan görüşü iki ölkə arasında qalmaqala çevrildi
Ermənistan hakimiyyətinin Paşinyanla Putin arasında baş tutan telefon danışığndan sonra verdiyi açıqlama iki ölkə arasında əməlli başlı qalmaqala çevrilib.
“Ölkə.Az” xəbər verir ki, Paşinyan hakimiyyəti Putinlə görüşün yekunu olaraq yaydığı açıqlamanı Kreml təkzib etmək məcburiyyətində qalıb.
Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edən RF Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, telefon danışığında Vladimir Putin Ermənistandakı vəziyyətin qanunlar çərçivəsində tənzimlənməsini dilə gətirib.
Ermənistan hökumətinin rəsmi saytında isə qeyd edilib ki, Prezident Putin Ermənistanın qanuni hakimiyyətinə dəstəyini bildirib.
Kreml sözçüsü Peskov isə telefon danışığında qanuni hakimiyyətin dəstəklənməsi barədənə bir fikir, nə də bir kəlmə işlədilməyib, Putin sadəcə ölkədə sabitliyin qorunmasını və vəziyyətin qanun çərçivəsində həll olunmasını dilə gətirib.