Ermənistan müxalifəti parlamentin binası qarşısında çadırlar qurur
Müxalifət tərəfdarları çadırlarda gecələyəcəklərini bildiriblər
Ermənistanın müxalif “Vətənin Xilası Naminə Hərəkatı”nın tərəfdarları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.
“Sputnik Armenia”ya xəbər verib ki, Baqramyan prospektini bağlayan müxalifət tərəfdarları çadırlarda gecələyəcəklərini bildiriblər.
Eyni zamanda, müxalifət ölkədəki siyasi böhrandan çıxış yolları axtarmaq üçün Ermənistan prezidenti Armen Sarkisyanla danışıqlar aparmağa nümayəndə heyəti də göndərib.(APA)
Media1.az