Ölkəmiz regional və qlobal təşəbbüslərin müəllifidir
Artıq Bakı beynəlxalq platforma kimi müxtəlif tədbirlərə ev sahibliyi edir. Ölkəmiz regionda sülh və təhlükəsizlik adası kimi bir çox regional və qlobal təşəbbüslərin müəllifidir. Bakı artıq beynəlxalq arenada vacib məsələlərin müzakirə edildiyi, mühüm qərarların verildiyi məkan kimi xarakterizə edilir. Bu mənada Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi dünya ictimaiyyətinin diqqətinin yenidən Azərbaycanda olması deməkdir.
Azərbaycan özünün sülh və dinləarası dialoq müstəvidə oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir. Məhz bu baxımdan Prezident İlham Əliyevin Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında verdiyi mesajlar olduqca böyük önəm kəsb edir. Sözsüz ki, Bakıda keçirilən forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Hazırda “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir.
Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirilir. Cənab Prezident İlham Əliyev də forumda çıxışında dünyada yeni münaqişələrin, qeyri-sabitlik məkanların və təhdidlərin müşahidə edildiyini bildirib. Vurğulanıb ki, məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan kimi xarakterizə olunur. Ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərb arasında bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Məhz bu baxımdan da Azərbaycanda hər zaman müsbət mədəniyyətlərarası dialoq mövcud olub.
Ölkəmizin başçısının da qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Cənab Prezident həmçinin forumda Azərbaycanın müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşdiyini, dövlətimizi parçalamaq cəhdlərinin olduğunu, işğal və separatçılıq faktlarını diqqətə çatdırıb. Azərbaycan xalqının həmrəyliyi, birliyi sayəsində bu kimi təhdidlərin aradan qaldırıldığı vurğulanıb. Sözsüz ki, bu amil ölkəmizdə milli maraqların qorunmasının hər zaman əsas vəzifə olması amilini də təsdiq edir Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı, dünyanın siyasi ekspertləri və analitikləri Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan bir dövlət başçısı olduğunu vurğuladılar. Dünyada sivilizasiyalararası qarşıdurmaların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir. Eləcə də, bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunu bir daha bütün dünyaya sübutu oldu.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı