Dünyaca məşhur model idi, indi zibillikdə yemək axtarır- Fotolar
Bir zamanlar məşhur model və məşhur aktyorun həyat yoldaşı olan Loni Villison 6 ildir küçələrdə yaşayıb, zibillikdən özünə yemək toplayır.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Loni Villison onun fotolarını çəkən, ayaqqabı və yemək verən fotomüxbirlə söhbətləşərək, vəziyyəti haqda danışıb.
Villison qeyd edib ki, onun bu vəziyyətə düşməsinin səbəbi Hollivud həyatı və ya narkotik maddə asılılığı olmayıb, bütün bunların baş verməsinin səbəbi pis insanlardır:
“Heç kimin köməyinə ehtiyacım yoxdur. Kimdənsə kömək istəsəm də, mənim üçün edilə biləcək heç bir şey yoxdur. Mən bir yerdə qala, yaşaya bilmirəm. Bunun üçün daim hərəkət etmək məcburiyyətindəyəm”.
Loni Villison “The Sun” qəzetinə verdiyi müsahibəsində keçmiş həyat yoldaşı, məşhur aktyor Ceremi Cekson ilə görüşmədiyini bildirib. Cekson Loni Villisonun son vəziyyətindən xəbərdar olsa da ona köməklik etmək istəməyib.
Xalidə Gəray
Musavat.com