19 Sentyabr 2024

Ərdoğan “İlin adamı” seçildi – Qərar

Seneqalda İslam dini ilə əlaqədar araşdırma aparan JAMRA adlı qeyri-hökumət təşkilatı (QHT) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “İlin adamı” seçib.

Teleqraf.com xəbər verir ki, QHT Fransa Prezidenti Emmanuel Makronun İslam dini və Məhəmməd peyğəmbəri hədəfə alan çıxışlarına sərt mövqe sərgiləyən Türkiyə liderini “İlin adamı” seçdiyini açıqlayıb.

Prezident Ərdoğanın fransız mallarını boykot çağrışı və Makronu tənqid edən açıqlamları Seneqaldan böyük dəstək görmüşdü.

Noyabrın 7-də paytaxt Dakarda islamofobiyaya qarşı keçirilən aksiyada Ərdoğana dəstək açıqlamaları verilmişdi.