22 Noyabr 2024

Bakıda sakinlər çörəksiz və avtobussuz qaldı -FOTOLAR

Dünən axşam saatlarından etibarən yağmağa başlayan qar Yeni Balaxanı qəsəbəsində həyatı iflic edib.

Media1.az Musavat.comun əməkdaşı İlkin Muradova istinadən xəbər verir ki, Sabunçu rayonu, Yeni Balaxanı qəsəbəsində piyadaların və avtomobillərin hərəkət etdiyi əsas yol buz bağlayıb.

Dünəndən etibarən nə icra hakimiyyətindən, nə də yerli bələdiyyədən kimsə əsas yolun açılması üçün tədbir görməyib.

Nəticədə ərazidən keçən 105 nömrəli marşrut xətti də fəaliyyətini tam dayandırıb. Ərazidəki marketlərə çörək gətirən maşınlar da bu yola üz tutmur. Marketlərdə çörək olmadığı üçün insanlar kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalıb.