UNEC-də Xocalı Soyqırımına həsr olunan beynəlxalq seminar keçiriləcək
Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı Soyqırımına həsr olunan onlayn beynəlxalq seminar keçiriləcək.
Seminarın açılışında UNEC-in rektoru, professor Ədalət Muradov, millət vəkilləri Aqil Abbas və Elman Məmmədov çıxış edəcəklər.
UNEC-in professoru Abbas Seyidov, İstanbul Universitetinin professoru Kutluk Kağan Sümer, Gürcüstan Dövlət Universitetinin professoru Otar Abesadze və Xocalı sakini, UNEC-in əməkdaşı Nərmin İbrahimovanın Xocalı Soyqırımı ilə bağlı məruzələri dinləniləcək.
Tədbir saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.