ABŞ qoşunlarını Suriyadan çıxarmağın yollarını axtarır
Vaşinqton Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir.
Bu barədə “Foreign Policy” jurnalı Dövlət Departamenti və Pentaqonun dörd rəsmisinə istinadən məlumat yayıb.
Onların fikrincə, Ağ Ev artıq ABŞ-ın Suriyadakı missiyası ilə maraqlanmır və onu “lazımsız hesab edir”. Yekun qərar hələ verilməsə də, hazırda Amerika administrasiyası qoşunların nə vaxt və necə çıxarıla biləcəyini müzakirə edir.
Jurnalın mənbələrinə görə, Amerika qoşunlarının çıxarılmasının yollarından biri Suriya hakimiyyəti ilə kürd ittifaqı “Suriya Demokratik Qüvvələri” (SDF) arasında “İslam Dövləti” (İD) terror qruplaşmasına qarşı əməkdaşlıq haqqında razılaşma ola bilər. Nəşrin müəllifləri hesab edirlər ki, şərtlərin mümkünsüzlüyü və Suriya hakimiyyəti ilə SDF-nin “təbii müttəfiq olmaqdan uzaq olması” səbəbindən belə bir razılaşma mümkün deyil.