Bərdədə iki gündür ki, işıq problemi yaşanır

Dünən axşam saatlarından başlayan külək Bərdədə həmişəki kimi işıqların sönməsinə səbəb olub.
Media1.az xəbər verir ki, dünən, yəni dekabrın 23-də axşam saatlarında külək başlayan kimi işıqlar sönüb. Gecə saat iki radələrində hava sakitləşib. Küləyin əsməsi dayanıb. Küləyin sakitləşməsindən sonra işıqlarında verilməsi bərpa olunub.Gündüz 9-10 arasında da işıqların verilməsində fasilə müşahidə edilib.
Bu gün dekabrın 24-də axşamdan başlayan küləklə yenidən işıqların verilməsi dayandırılıb. Gecə saat 22:30 radələrində elektrik enerjisinin kəsintisi bərpa olunub.
Onu da qeyd edək ki, Bərdə şəhəri də daxil olmaqla rayonun bütün ərazisində bu hal maşahidə olunub.