23 Dekabr 2024

Azərbaycanın MDB ölkələri ilə əməkdaşlığı uğurla inkişaf edir

Prezident İlham Əliyev cari ilin 13 oktyabr tarixində Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir.

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv qəbul olunmasına dair 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında qərar qəbul edilmişdir.Bununlada həmin tarixdən Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyində üzv kimi fəaliyyət göstərir. Bildiyimiz kimi Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir. Hər bir təşkilatın əsasnaməsi olduğu kimi Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanı və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

İqtisadi ittifaqın yaradılması haqqında razılaşma ümumi iqtisadi məkanın yaradılmasına təkan verdi. Bu razılaşmaya uyğun olaraq münasibətlər bazar prinsipləri əsasında qurulmalı, qarşılıqlı maraqlara uyğun olan iqtisadi layihələrin birlikdə həyata keçirilməsi və ekoloji problemlərin həllinə birlikdə iştirak edilməsi edilməli idi. Məhsul, xidmət, kapital, işçi qüvvəsinin azad hərəkəti, pul-kredit, büdcə, vergi, qiymət, xarici ticarət, gömrük və valyuta siyasətinə uyğun şəkildə təmin edilməli idi. Bu razılaşma üzv ölkələrin inteqrasiya prosesində mərhələli hərəkətinə azad ticarət zonası – gömrük ittifaqı, valyuta ittifaqı və nəhayət ümumbazar əsasında təklif edirdi. MDB ölkələri SSRİ-dən vahid energetika sistemi, nəqliyyat, rabitə, telekommunikasiya sistemi qarşılıqlı əlaqədə olan milli təsərrüfat sistemləri, işçi qüvvələrinin azad surətdə hərəkəti, vahid texniki standartlaşma və s.-ə malik idi. Bütün bu vahid məkan şərait sovet dövründə qeyri-bazar prinsipləri əsasında qurulmuşdu. Hal-hazırda bu ölkələrdə yeni bazarların yaranması bir reallığa çevrilmişdir.

Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığımızı davam etdirməkdəyik.

Canpolad Yusifov
YAP Ağstafa rayon təşkilatının sədr müavini