22 Dekabr 2024

“Pragma” İB ovçulara pulsuz hüquqi yardım göstərir

Ovçuların hüquq və vəzifələri hansılardır?

2023-24-cü illər üzrə Azərbaycanda ov mövsümü açıq elan edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi məlumat yayıb. Nazirliyin cari mövsümdə ovuna icazə verilən heyvan və quşların limiti və mövsümün qrafiki barədə elanını aşağıdakı link vasitəsi ilə tanış olmaq mümkündür:

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi cari ov mövsümündə ovçuları maraqlandıran bir sıra suallara aydınlıq gətirmək üçün pulsuz hüquqi yardım göstərir. Təşkilat öz resursları hesabına həyata keçirdiyi layihə çərçivəsində ovçuluq hüququ ilə bağlı media vasitəsi ilə maarifləndirmə işləri də aparır. Ovçular onları maraqlandıran hüquqi məsələlərlə bağlı 099 880 33 50 nömrəsinə Whatsapp vasitəsi ilə müraicət edə bilərlər.

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi bildirir ki, respublikamızda ovçuluq fəaliyyəti “Ovçuluq haqqında” qanunla tənzimlənir. Qanunun 18-ci maddəsində ovçuların hüquq və vəzifələri əks olunub. Qanuna əsasən, ovçular aşağıdakı hüquqlara malikdirlər:

18.1.1.ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək;

18.1.2.ovçular cəmiyyətinə üzv olmaq;

18.1.3.ov yerlərində ov alətlərindən istifadə etmək;

18.1.4.qanuni əldə edilən ov məhsullarına sahiblik etmək;

18.1.5.heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Ovçuların vəzifələri isə aşağıdakılardır:

18.2.1.ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək;

18.2.2.hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqım vaxtında ödəmək;

18.2.3.ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək;

18.2.4.ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək;

18.2.5.ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək;

18.2.6.ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək;

18.2.7.ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək;

18.2.8.vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına və müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək;

18.2.9.Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

18.2.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.ƏtraflıAd – 00:13

Bəs, ovçuların ov etmək hüququnu hansı hallarda dayandırıla bilər?

“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi qeyd edir ki, bu suala da “Ovçuluq haqqında” qanunda aydınlıq gətirilir. Qanunun 19-cu maddəsinə görə, ov etmək hüququ aşağıdakı hallarda dayandırılır:

19.0.1. hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə;

19.0.2. ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda;

19.0.3. ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina edildikdə;

19.0.4. ovçuluq fəaliyyətinə xitam verildikdə;

19.0.5. vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda;

19.0.6. heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda;

19.0.7. ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə yetirilmədikdə;

19.0.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

Həmin qanunun 20-ci maddəsində isə ov etməyə qadağanlar və məhdudiyyətlər əks olunub. Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir:

20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə;

20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda;

20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə;

20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə;

20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə;

20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə.

20.2. Ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət və vəhşi heyvanlar arasında epidemiya hadisələri baş verdikdə ov müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər.