Mühüm mesajların verilməsi
Prezident İlham Əliyev 2023-cü il 20 sentyabr tarixində xalqa müraciətində çox mühüm mesajlar verildi.
Ölkəmizin başçısı müraciətində 19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində iki mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu bildirib.
Bu bir reallıqdır ki, II Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub və ya ağır xəsarət alıb. Bu erməni terrorizminin hələ də davam etdiyini göstərir. Çünki II Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını davam etdirmək məqsədilə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunub. Məhz Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər II Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilib.
Ölkə başçısı xalqa müraciətində beynəlxalq birliyin məhz bu reallığı görməsinin vacibliyini önə çəkib.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı