Bu şəxslərin maaşları artırılır – Nazir AÇIQLADI
2026-ci ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.
Nazir əlavə edib ki, sertifikatlaşdırmada uğur qazanan müəllimlərin maaşı 10 faiz və 35 faiz artrılacaq:
“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq və bu da orta əmək haqqıların artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”.