23 Dekabr 2024

Əli Əsədov: “Azərbaycan və Türkiyə nəqliyyat sahəsində artıma nail olub”

“Azərbaycan və Türkiyə vətəndaşlarının təkcə şəxsiyyət vəsiqəsi ilə ölkələrimizə sərbəst şəkildə səfər etməsi barədə sənədin təsdiq edilməsi ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrinin inkişafına yeni nəfəs verəcək”

“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

O bildirib ki, ticarət dövriyyəsinin sərmayə qoyuluşunun, turist axının artmasına müsbət təsir edəcək: “Ümumiyyətlə bu qərar xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək”.

“Nəqliyyat sahəsində əməkdaşlığımız barədə fikir mübadiləsi apardıq. Pandemiyaya baxmayaraq ötən il nəqliyyat sahəsində əməkdaşlığımız uğurlu olub. Baxmayaraq ki, əksər ölkələr arasında tranzit əlaqələri dayandırılmışdı, Azərbaycan və Türkiyə bu istiqamətdə əməkdaşlığını davam etdirdi və bu sahədə artıma nail oldu”.