Məktəb bazarlığına gələn ailə FACİƏ yaşadı – Ata-bala öldü, AĞIR yaralılar VAR
Media1.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Beton yol” deyilən ərazidə qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 37 yaşlı Samit Əliyev və azyaşlı övladı hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, ailə məktəbli forması almaq üçün Bakıya gəlirmiş.