21 Noyabr 2024

Lerikdə kəsilmiş toyuqların qanı çaya axıdılır – VİDEO

Lerik rayonunda kəsilmiş toyuqların qanı çaya axıdılır. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, rayonun Piran kəndində yerləşən broyler sexində kəsilən toyuqların qanının çaya axıdılması oranı yararsız hala salıb. 

Qeyd edək ki, həmin sexin deputat İqbal Məmmədova məxsus olduğu bildirilir. https://baku.tv/embed/94103

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin tabeliyində olan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Lerik rayonunun Piran kəndi ərazisində fəaliyyət göstərən “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb:

“Araşdırma zamanı “Lerik Broyler” MMC-nin fəaliyyəti ilə əlaqədar bir sıra çatışmazlıqlar və nöqsanlar aşkar edilərək aktlaşdırılıb.

“Hazırda araşdırma materialları aidiyyəti dövlət orqanları ilə birlikdə təhlil edilir və təhlillərin nəticəsindən asılı olaraq “Lerik Broyler” MMC barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

https://baku.tv/cemiyyet/kesilmis-toyuqlarin-qani-caya-axidilir-94103#t=8