Mədəniyyət naziri ilə televiziya kanalları rəhbərləri arasında görüş keçirilib
Fevralın 16-da Milli İncəsənət Muzeyində Mədəniyyət naziri Anar Kərimov ilə ölkədə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Rövşən Məmmədov (“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edib.
Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış olublar.