23 Dekabr 2024

Sobçak: “Simonyanla adımın bir cümlədə çəkilməsi alçaqlıqdır”

Jurnalist və bloger Kseniya Sobçak Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ona və RT-nin baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd hazırlayan “Paraqraf-88” qrupunun neonasistlərinin saxlaması ilə bağlı xəbəri şərh edib.

 Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sobçak Telegram kanalında yazıb: “Əgər bütün bunlar doğrudursa, bütün cəlb edilmiş xidmətlərə bu işlərinə görə təşəkkür edirəm”. 

Eyni zamanda o, istisna etməyib ki, onun adının siyasi mövqeyini bölüşmədiyi Marqarita Simonyanın adı ilə eyni cümlədə çəkilməsinin xüsusi mənası ola bilər.

“Bu, adi alçaqlıqdır”, – jurnalist bu versiyaya münasibət bildirib.

Sobçak vurğulayıb ki, istənilən halda o, bir daha demək istərdi ki, “hər hansı bir terror şərdir, heç bir “amma”sı yoxdur.