23 Dekabr 2024

Qayıdış proqramı ardıcıllıqla aparılır

Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının nitqi müvafiq dövr ərzində sosial-iqtisadi göstəricilərin təhlili ilə yanaşı, həm də daxili və beynəlxalq münasibətlərə dair məsələlərlə bağlı situasiyanın dəyərləndirilməsi, artan hərbi güc və imkanlarımızın inikası baxımdan mühüm hadisə hesab edilməlidir.

İlk növbədə, bir daha aydın oldu ki, cari dövr ərzində dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atılan addımlar uğurlu olub, nəticədə altı ay ərzində qeyri-neft sektoru 3 faizdən çox artıb, maliyyə vəziyyətimiz büdcədə dürüstləşmə aparacaq qədər yaxşılaşıb.

Cənab Prezidentin də ifadə etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi və hərbi potensialımızın güclənməsi əsas prioritetlər olaraq qalır və son 6 ayda bu istiqamətlərdə də ciddi irəliləyişlər var. Birinci mərhələdə yenidən qurulması nəzərdə tutulan 100 yaşayış məntəqəsindən 30-nun – 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında cənab Prezident şəxsən iştirak edib və proses sürətlə və keyfiyyətli formada davam edir. Digər tərəfdən, büdcə dürüstləşməsi zamanı əlavə edilən 3 milyard manatdan çox vəsaitin 1,8 milyardı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə,1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə ayrılmaqla prosesdə dövlətin iradəsi ifadə olunub.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı