23 Dekabr 2024

QURTULUŞ GÜNÜ MİLLİ FƏLSƏFİ-PSİXOLOJİ MOTİVASİYADIR

“ Günəşdən rəng alan bir saf qanım var

Mənimdə yurdum var qəhrəmanım var”  S.Vurğun

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Qurtuluş Günü işığın qaranlıq, xeyirin şər üzərindəki möhtəşəm qələbəsi kimi böyük tarixi əhəmiyyətə malikdir.Azərbaycanda baş verən hadisələrin canlı şahidi olaraq, yaşadığımız həyatın mənzərəsini onun gözü önündə canlandırmağa çalışıram.Həmin qaranlıq dövrdən keçən bir Azərbaycan vətəndaşı kimi yeni, müstəqil bir dövlətin formalaşması üçün bir o qədər də böyük olmayan zaman kəsiyində bir vaxtlar təsəvvür belə edə bilməyəcəyimiz nəticə əldə etdiyimizi düşünürəm. Təəssüf ki, insan yaxşı həyata çox tez alışır və bəzən geriyə boylanmaq, keçilən yola nəzər salmaq, çətinlikləri xatırlamaq belə istəmir.

Dövlətin, sadəcə dağıntıları var və bu dağıntıları toplamağa, ümidsizliyə düçar olmuş Azərbaycan vətəndaşlarını qaranlıqdan işığa çıxarmağa kimsənin gücünün çatmayacağı reallığı insanları daha çox qorxudur.Belə bir şəraitdə xalq özünün yeganə ümid yerini, onu bu bəlalardan xilas edə biləcək ŞƏXSİYYƏTİ hakimiyyətə dəvət etməkdən başqa yol görmürdü. Və Azərbaycanın böyük oğlu canı qədər sevdiyi xalqını tək qoymadı, səsinə səs verdi, öz işıqlı zəkası, qətiyyəti, cəsarəti ilə bütün çətinliklərə sinə gərdi, ölkəni separatizm dalğasından, parçalanmalardan, vətəndaş müharibəsindən qorudu, dövlətin bütün institutlarını yumruq kimi toparladı, nizami ordu yaratdı, müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasına rəhbərlik etdi, inkişafımızın təməlini təşkil edən enerji və nəqliyyat strategiyamızın əsasını qoydu və ölkə vətəndaşına gələcəyə ümidlə baxmağı, azərbaycanlı olmaqdan qürur duymağı aşıladı.

Heydər Əliyevin həyat və fəaliyyəti göstərdi ki, güclü şəxsiyyətlərin qarşısında ən nəhəng imperiya rejimi də, ən rəzil hökmdarların qəddar qadağaları da, hakim qüvvənin, xarici dairələrin hazırlayıb dövriyəyə buraxdığı konsepsiyalar da, radikal müxalifət və onun dağıdıcl fəaliyyəti də, çılğın xarakterlər də, ölüm saçan silahlar da, hətta vətəndaş müharibəsi yaratmaq təhlükəsi də acizdir. Onun yalın əli toplu-tüfəngli əllərdən, şəxsi zəkası və iradəsi hakimiyyət strukturlarının strategiya və taktikasından, keçmişi müasirlərindən, müraciəti ordudan güclüdür.Bu baxımdan, Qurtuluş Günü xalqımızın və dövlətimizin tarixində xüsusi və daşıdığı fəlsəfi yükü, anlamı missiyasından daha ağır gələ biləcək yer tutur. Qurtuluş Günü işığın qaranlıq, xeyirin şər, yaradıcı düşüncənin dağıdıcı təfəkkür üzərindəki möhtəşəm qələbəsi kimi böyük tarixi əhəmiyyətə malikdir!

Zaman keçdikcə, Ulu Öndərin öz layiqli davamçısına etibar etdiyi Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndikcə, strateji hədəflərinə doğru inamla addımladıqca Heydər Əliyevin işıqlı zəkası illərin arxasından daha aydın, daha qabarıq görünür.Görkəmli dövlət xadimi, Azərbaycanın müasir dövlətçilik İnstitutunun banisi ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bütövlükdə ölkəmizin ikinci minillik dövrünün tam yarıməsri ilə bir yazılan tarixdir.

Bu tarix iki mərhələ – sovet və postsovet dövründən ibarətdir. Akademik İsa Həbibbəylinin təbirincə desək, «Heydər Əliyevin çoxillik ictimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet dövrünün inkişafında olan dövrü (1969-1986), mürəkkəb keçid prosesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasətdə keçdiyi yol …ibrətamiz məktəbdir… Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasətin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir”.

Bəli, bu, real bir gerçəklik, günümüzün siyasi fəlsəfəsidir. Böyük strateq ulu öndərin dövlət quruculuğu və siyasətdə keçdiyi yol bu gün «Heydər Əliyev məktəbi» adlanır. Bu yol hansı keşməkeşliklərdən, sərtliklərdən keçməyib ki… Bu yolda isə mətin, siyasi iradəli, mükəmməl və kamil şəxsiyyət Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər də Azərbaycanın tarixi inkişaf dinamikasının ən mühüm prioritetləridir. Yalnız yüksək amallara xidmət edən cahanşümul bir ideya, qloballaşan dünyada gedən proseslərin obyektiv dərkinə əsaslanan hərtərəfli işlənib hazırlanmış elmi konsepsiya bu gün haqqında hər birimizin böyük qürur hissi ilə danışdığımız müstəqil, dinamik inkişaf edən Azərbaycan reallığını ərsəyə gətirə bilərdi. Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. 15 iyun Milli Qurtuluş Gününün yaranma fəlsəfəsi də məhz yuxarıda qeyd etdiyimiz ali və uca missiyaya xidmət edən bir ideologiya ilə silahlanmış qüdrətli rəhbərin düşüncə və fəaliyyəti prizmasında dəyərləndirilməlidir.Heydər Əliyev siyasi kursu – bu böyük dühanın böyük adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və tarixi irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.Heydər Əliyev siyasi kursu – qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş, düşünülmüş yetkin dövlətçilik təlimidir.Heydər Əliyev siyasi kursu – müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunu inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün sınaqlardan çıxmış modeldir.Həqiqətən də Akademik İsa Həbibbəyli söylədiyi kimi, bu siyasi kurs MDB məkanı ölkələri üçün nəinki nümunə, həm də öyrənilən bir məktəb olmuşdur.

Ulu Öndər özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Məhz bu məqamda, istər sovet imperiyasının ağır repressiya maşının tam gücü ilə işlədiyi dövrdə, istərsə nisbi sabitlik və sülhün hakim olduğu vaxtlarda və nəhayət yeni ictimai-siyasi, iqtisadi epoxa ilə şərtlənən mürəkkəb müstəqillik illərində doğma xalqına xidmətin ən müxtəlif forma və metodlarını müəyyənləşdirən, tapıb üzə çıxaran Heydər Əliyev özünün zamana qalib gələn qüdrətli şəxsiyyəti ilə tarix səhnəsində olduqca əzəmətli görünür.Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz dörd illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, Vətəndaş, Şəxsiyyət, Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

 Bu mənada Azərbaycanda milli dövlətçilik institutunun formalaşmasında, onun inkişaf istiqamətində, maraqların praqmatikliyində, milli birliyin və milli həmrəyliyin təminatında ulu öndər Heydər Əliyevin xidmətləri ölçüyə belə gəlmir.Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər 1993-cü ildən başlayaraq ölkəni düşdüyü xaosdan, bölünmə, parçalanma təhlükəsindən xilas etdi. Heydər Əliyev Azərbaycan tarixində xilaskar ölkə başçısıdır.Heydər Əliyevin xalqı səfərbər edərək öz arxasınca apara bilən lider olması ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə təcəssüm olundu. Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya nizamının tələblərini və geosiyası reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin Milli İnkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı”.1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü, bəlkə də politoloji anlamda desək, “vertikal” və “horizontal” siyasi bölünməyə məruz qala bilərdi. Yəni hüquqlar və məsuliyyət ayrı-ayrı dövlətlərin hökumətləri və digər beynəlxalq qurumlar arasında bölünə bilərdi. Bu mənada E.Toflerin milli dövlətlərin tədricən transmilli korporasiyaların təzyiqi ilə sıxışdırılıb “əriyib itəcəyi” ideyasının ölkədə proqnozlaşdırması da mümkün variant idi. Bu variantda isə ölkəni yalnız böyük dövlət insanı, dövlət strateqi Heydər Əliyev qurtardı… Və 15 iyun Azərbaycanın Qurtuluş Günü kimi tarixləşdi. “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyən ulu öndər gerçək anlamda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas edib qurtardı.

 Məlum olduğu kimi,insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. Insan hüquqları ciddi elmi araşdırmaların predimetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkərin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir.Siyasi sistem özündə müxtəlif profilli komponentləri cəmləşdirən çoxfunksiyalı strukturdur və bu sistemin hər bir komponenti özünün xüsusi strukturuna və ifadə xüsusiyyətlərinə malikdir. Belə çox funksiyalı strukturu təşkili edən ayrı-ayrı komponentlərin (institusional, funksional, requlyativ, kommunikativ, ideoloji profilli kompanentlər) formalaşmasında Heydər Əliyev fenomeninin rolunu bir məqalə çərçivəsində şərh etmək çox çətindir. Lakin danılmaz həqiqətdir ki,Azərbaycanda siyasi sistemin təşəkkül tapmasında məhz onun müstəsna xidməti vardır. Belə ki,onun 30 ildən artıq bir müdəttdə Azərbaycanda siyasi hakimiyyətin başında olması faktının özü çağdaş Azərbaycanın siyasi sisteminin formalaşmasında Heydər Əliyev fenomeninin hansı rolu malik olmasını aydın şəkildə göstərir. Çünki məhz siyasi hakimiyyət siyasi sistemin elementlərinin təmərküzləşməsi və formalaşması baxımından ən vacib amildir. Siyasi sistemdə cəmiyyətin həyatının bütün yönləri – cəmiyyətin mövcudluğunun iqtisadi şərtləri, cəmiyyətin sosial və milli strukturu, ictimai şüurun vəziyyəti və səviyyəsi, mədəniyyət və s. — öz əksini tapır. Məhz siyasi sistem vasitəsilə cəmiyyətin əsas maraqları, sosial prioritetlər müəyyənləşdirilir ki, sonralar onlar siyasətdə möhkəmlənir.

XXI əsr tarixə sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. İnkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində mövcud olan fərqlərə baxmayaraq, qlobal proseslər dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə sivilizasiyanın taleyini həlledici dərəcədə müəyyən etməyə başlamışdır.

Böyük təcrübəyə və fenomen idarəetmə ustadlığına malik ulu öndər az müddətdə ölkədə əsaslı dəyişikliklərə başladı. Bu isə bir neçə mərhələdə aparıldı. İlk öncə:

– siyasi-ictimai sabitlik;

– dövlət quruculuğu prosesinə istiqamət götürüldü. Ulu Öndər güclü dövlət qurucusudur. Heydər Əliyev güclü Azərbaycanın təməlçisidir.

Artıq XX əsrin 93-cü illərindən ölkədə strateji prioritetlər müəyyənləşdirildi. Bu mənada:

– inzibati strukturların demokratik əsaslarda və milli qanunvericiliyə əsasən yenidən qurulması;

– məhkəmə və parlamentin formalaşdırılması;

– vətəndaş cəmiyyətinə keçid;

– çoxpartiyalı siyasi sistem;

– əsaslı iqtisadi islahatlar da sonrakı mərhələni təşkil edir. Heydər Əliyev  yenilənən Azərbaycanın milli lideridir.Üçüncü mərhələdə isə böyük strateq dövlətçiliyin milli əsaslarının təminatını qurdu. Ölkədə məskunlaşan hər xalqın öz mədəniyyətinin, adət-ənənəsinin, həyat tərzinin hifz edilməsi, inkişafi onların hüquqlarını qoruyan qanunlarla tənzimləndi. Bu zəmində isə milli ideya, milli ideologiya  azərbaycançılıq məfkurəsi ətrafında ölkə vətəndaşları sıx birləşdi. Heydər Əliyev azərbaycançılıq ideologiyasını milli baxışlar sisteminə çevirdi. Dosent Sona Vəliyeva bu mənada azərbaycançılığa həsr etdiyi əsərində yazır: “Azərbaycançılıq 1993-cü ildən başlayır. Məhz bu dövrdən başlayaraq azərbaycançılıq etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyərlərlə yanaşı, sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sistemi kimi milli dövlət quruculuğunun ayrılmaz  komponentinə çevrilir”. Daim milli dəyərlərə, mənəvi adət ənənələrə hörmət qoyan ümummilli lider həmçinin, müsəlmanların müqəddəs Ramazan, Qurban bayramlarını da təqvimdə bayram günü olmasını da reallaşdırdı. Bu islahatlar mili dirçəliş, milli oyanış, milli özünüdərk fəlsəfəsinin azərbaycançılıq ideologiyası mətnində vəhdəti idi. Azərbaycan ərazisində bütün vətəndaşlar üçün bu ölkədə yaşamaq üçün münbit zəmin yaratdı. Ulu öndərin siyasi və dövləti fəaliyyət strategiyası çoxmillətli ölkənin xalqlarının milli dövlətçilik haqda istəklərini gerçəkləşdirdi. Belə ki, Azərbaycan vətəndaşlarının, xalqının və bu ərazidə yaşayan  xalqların Milli Dirçəliş Fəlsəfi Konsepsiyası zəruriləşdi.

Ulu öndər Heydər Əliyev Milli dövlətçilik institutunun siyasi arxitekturasını, siyasi-hüquqi idarəçilik nəzəriyyəsini, dövlətiyaratma siyasi fəlsəfəsini, dünyaya inteqrasiya istiqamətlərinin beynəlxalq əlaqələr strategiyasını müəyyənləşdirdi. Həyatda ən böyük nailiyyət kimi yeni dövlətçilik, müstəqil respublika, yeni Konstitutsiya, əvvəlki heç bir idarəçilik formasına bənzəməyən Milli quruculuq yolunun siyasi fəlsəfəsi sonrakı nəsillərə nemət və irs kimi qalır”. Bu mənada müstəqil Azərbaycan ulu öndərin rəhbərliyi ilə modern, dünyəvi, dünya birliyi ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığa inteqrasiya yolunu tutan suveren və demokratikləşməni həyata keçirən respublika olaraq tanınmağa başladı. Modernliyin ilkin siyasi göstəricisi olaraq, ölkənin yeni iqtisadi inkişafının yüksəlməsi xətti oldu. Heydər Əliyevin dövlətçilik strategiyası tariximizin ən parlaq və önəmli səhifələri oldu.Ulu öndərin dövlət gənclər siyasəti, dövlət qadın siyasəti, dövlət ailə siyasəti, dövlət uşaq siyasəti bütövlükdə dünya siyasi genderşünaslıq elm tarixində də öyrəniləsi məktəbdir.Ulu öndər Heydər Əliyevin həm də dərin fəlsəfi təfəkkür, düşüncə, idraki duyuma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kəlama çevrilmişdir. Bu konteksdə, gender tədqiqatları baxımından Heydər Əliyevin ibrətamiz kəlamları dünya gender elmi üçün də qiymətli töhfədir. Ümummilli liderin fikrincə: «Kişilər qadınları gərək həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar… Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm». Elmi araşdırmalarda müdriklərin aforizmlərindən istifadə olunur və əsasən də filosofların fikirləri aforizm statusu almışdır. Heydər Əliyev fəlsəfəsində onun baxış və fikirləri, ulu öndərin əksər ifadələri müdrik deyim hüquqi qazanmışdır. Onun nəzəri təfəkkürün məhsulu kimi bu gün istifadə etdiyimiz fikirləri Şəxsiyyət fəlsəfəsində daxili istedadın bəhrəsidir.Ulu öndər Heydər Əliyevin həm də dərin fəlsəfi təfəkkür, düşüncə, idraki duyuma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kəlama çevrilmişdir. Bu konteksdə, gender tədqiqatları baxımından Heydər Əliyevin ibrətamiz kəlamları dünya gender elmi üçün də qiymətli töhfədir. Ümummilli liderin fikrincə: «Kişilər qadınları gərək həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar… Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm». Elmi araşdırmalarda müdriklərin aforizmlərindən istifadə olunur və əsasən də filosofların fikirləri aforizm statusu almışdır. Heydər Əliyev fəlsəfəsində onun baxış və fikirləri, ulu öndərin əksər ifadələri müdrik deyim hüquqi qazanmışdır. Onun nəzəri təfəkkürün məhsulu kimi bu gün istifadə etdiyimiz fikirləri Şəxsiyyət fəlsəfəsində daxili istedadın bəhrəsidir.

Hər bir tarixləşən liderə zaman və məkan kontekstindən yanaşdıqda, onun yaşadığı dövrün ictimai-siyasi mühitinə də həmin prizmadan baxılır. Olur ki, Şəxsiyyət özü  tarix yazır, zamandan da uca olur, ölkəsinin, millətinin, xalqının taleyüklü çətinliklərini dəf edərək, gələcək üçün belə vətəninin inkişaf yolunu göstərir. Ulu öndər Azərbaycanın milli inkişaf konsepsiyasını tərtib edən, tarixi özü yazan əbədiyaşar liderdir.Ulu öndər BMT tribunasından Ana dili – Azərbaycan dilində ilk çıxış edən Azərbaycan rəhbəridir. İstər ilk hakimiyyəti illərində (sovet), istərsə də postsovet dövründə ulu öndər Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. Ulu Öndər ali baş komandan, general idi. Heydər Əliyev ölkənin milli təhlükəsizliyinin qarantı, Azərbaycanın 1 nömrəli vətəndaşı, ailəsi, davranışı, siyasi mədəniyyəti, fenomen insanlıq təfəkkürlü, milli düşüncəli, dünyəvi mənəviyyatlı, tolerant və əzmli, diqqətcil və cəsarətli, səmimi və cəsur, mətin və qətiyyətli, universal bilikli, hərtərəfli hazırlıqlı milli lider idi.

 Ümummilli lider Ermənistanın torpaqlarımıza təcavüzünü dünyaya bəyan edən, xarici ölkələrdə diaspor və lobbiçilik İnstitutunu formalaşdıran beynəlxalq səviyyəli rəhbər idi. Bu mənada Rusiya Prezidenti Vladimir Putin onun haqda: “O, böyük dövlət xadimi idi… Siyasi nəhəng idi, mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim” deyir,  ABŞ-ın sabiq prezidenti Bill Klinton isə: “Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında xidmətləri yüksəkdir” söyləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Bir millət iki dövlət tezisi ona məxsusdur” kimi qiymətləndirirdisə, Fransanın sabiq prezidenti Jak Şirak “Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirəm. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir” deyə söyləmişdir. Bu və digər çoxsaylı deyimlər də təsdiq edir ki, ulu öndər dünya səviyyəsində qəbul edilən dahi şəxsiyyət olmuşdur. Bəli, həqiqətən o, əfsanəvi lider, xarizmatik dövlət qurucusu, siyasi məntiqin sözlə ifadə edilə bilmədiyi siyasətin marşal strateqi olmuşdur.

 Ulu öndər milli liderliklə siyasi rəhbərliyi, siyasi liderliklə milli rəhbərliyi inteqrasiya edən fenomen strateqdir. Başdan ayağa unikal siyasətçi, hər bir azərbaycanlının hamisi, dəstəkçisi, güvənən yeri, qüruru ölkə sərhədlərindən kənarda yaşayan hər bir azərbaycanlının doğması, əzizi idi. Bu, onu son dəfə ölümündən sonra yola salan milyonların dəfn mərasimində iştirakında, Azərbaycanın hər bir kəndi, qəsəbəsi, rayonu, şəhərində onun adına verilən ehsan məclisləri və oxunan dualarda özünü əks etdirdi. Ulu öndər ilahidən seçilmişlərin seçilmişi, qüdrətli, öz ölkəsini sevən və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən nəhəng siyasi xadim, dövlət qurucusu, Azərbaycanda dövlətşünaslığın əsasını yaradan yaradıcı prezident idi.

XX əsrin 70-ci illərindən Azərbaycanın dirçəlişi, qurtuluşu, intibahı məhz fenomenal şəxsiyyət böyük Heydər Əliyevin böyüklüyünün məntiqi yekunudur.XXI əsrin əvvəlindən isə bu tərəqqi, bu yüksəliş ulu öndər Heydər Əliyev siyasi kursunun, dövlətçilik institutunun ən layiqli aparıcısı, modernləşən yeni Azərbaycanın Prezidenti İlham Əliyevdir. Ulu Öndər Heydər Əliyev ideyaları, bitkin siyasi praqmatizm, insan rifahına söykənən sosial siyasətin həyata keçirilməsi dövlət quruculuğunun siyasi fəlsəfi nəzəriyyəsidir. Bu siyasi fəlsəfə ulu öndər Heydər Əliyev milli inkişaf strategiyasının nəzəri konseptidir, təcrübi konsepsiyasıdır«İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın» Şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə Azərbaycan xalqının maraqlarına uyğun siyasət həyata keçirdi.

Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük layihələr məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanın taleyini kökündən dəyişdi. Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. O, bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələrini nəzərə almaqla strateji vəzifələr müəyyən etdi, ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan Azərbaycan Ordusunun formalaşdırılması yönündə fəal siyasət apardı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində milli-mənəvi dəyərlərin, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında dönüş mərhələsi başladı. Milli ideologiya səviyyəsinə qaldırılan azərbaycançılıq məfkurəsi ölkəmizdəki müxtəlif xalqların, dini konfessiyaların nümayəndələrinin vətəndaş həmrəyliyi şəraitində yaşamasında tarixi-siyasi əhəmiyyət daşıdı. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini dərindən öyrənməsi üçün əlverişli şərait yarandı.

 Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir. Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü siyasətin nəticələridir. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin xarici siyasət xəttini özündə ehtiva edən bitkin taktiki və strateji konsepsiyası əsasında bu gün Prezident İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir. Azərbaycanın postsənaye cəmiyyətinin quruculuğu yolunda əldə etdiyi ilkin nailiyyətlər, yeni qlobal çağırışlara adekvat olaraq həyata keçirilən islahatlar, hərbi potensialın gücləndirilməsi, iqtisadi modernləşmə mərhələsinin uğurları ölkəmizin qarşıdakı illərdə də yüksəlişinin və inkişafının davamlı olacağından xəbər verir.Ulu Öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun yaradılması tuturdu. 1993-cü ilə qədər hakimiyyətdə olan iqtidarların heç biri milli ordu yarada bilməmişdi. Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Qısa zaman ərzində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmənin hücumlarının qarşısı alındı. Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dərin diplomatik gedişləri ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bu səhifənin yazılmasını şərtləndirən əsas amillər Ulu Öndərimiz tərəfindən qoyulan milli birliyimiz, milli həmrəyliyimiz olub.

Tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi nəticəsində Azərbaycanın gələcəkdə də böyük nailiyyətlər qazanacağı şübhəsizdir. İstənilən ölkədə ictimai-siyasi sabitlik ölkə rəhbərliyi tərəfindən aparılan siyasətə və əldə edilən iqtisadi uğurlara bağlıdır. Əgər iqtisadi inkişaf varsa, xalqın maddi vəziyyəti yaxşılaşırsa, eyni zamanda, ölkə rəhbərinin apardığı sosial siyasət xalqın maraqlarını ifadə edirsə, demək, həmin ölkədə ictimai-siyasi sabitlik davamlı, dayanıqlı olacaq. Azərbaycanda Ulu Öndərin əsasını qoyduğu uğurlu siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev  tərəfindən çox böyük uzaqgörənliklə, nailiyyətlərlə davam etdirilməkdədir. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz sosial-iqtisadi, siyasi sahədə ciddi işlərə imza atıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq müstəvidə təqdir edilir. Azərbaycan hazırki şəraitdə müsəlman ölkəsi olaraq din-dövlət münasibətləri baxımından nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycan tolerantlıq məkanı kimi hamı tərəfindən qəbul olunur.

 Tolerantlıq-dözümlülük ilk növbədə özünə güvənlə formalaşan əxlaqi və insani keyfiyyətdir. ÜMUMMİLLİ LİDER Azərbaycan vətəndaşında özünə güvən hissininin formalaşması üçün lazımı sosial-siyasi , mənəvi-psixoloji atmosferanı yarada bildi. Bununla da  kütlə əhval-ruhiyyəsində olan kütlə şüurlu və əzmli xalqa dönüşdü.Bütün mübarizələrin ilkin olaraq elmi-fəlsəfi və ideoloji nəzəri konsepsiyası hazırlanır. Bunların praktiki olaraq tətbiqi zamanı aparılan mübarizə meydanında fərdlərin şəxsiyyət kimi yetişməsi və onların inandıqları lider formalaşır. Ulu Öndər həm sovet,həm də müstəqillik ideoloji sistemində formalaşan şüurlu cəmiyyətdə liderlik səviyyəsinə yüksəlmiş fenomendir.

Fikrimizi Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fikirləri ilə bitirək: “Onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Heydər Əliyev – tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir… Vətənin – Azərbaycanın taleyi onun adi insan taleyi ilə əbədi olaraq bağlandı”.

Ağdam rayon 95 nömrəli tam orta məktəbin direktoru Kərim Novruzov.