23 Dekabr 2024

Ulu Öndər müasir Azərbaycan dövlətinin banisidir

1993–2003-cü illərdə Ulu Öndər Heydər Əliyev ölkəmizin rəhbəri kimi müasir dövlətçiliyimizin əsaslarını yaratdı, hüquqi dövlət quruculuğunu reallaşdırdı, mütərəqqi islahatlar yolu ilə Azərbaycanı inkişaf yoluna çıxardı, dünya birliyinin ehtiram olunan üzvünə çevirdi. Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır.

Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti bu gün regionda söz

sahibi olan dövlətdir. Ölkəmiz həm də qlobal enerji təhlükəsizliyində aparıcı rol oynayır. Bu mənada Azərbaycan regionda öz sözünü deməklə yanaşı, qlobal miqyasda da ehtiramla qəbul olunan, prinsipial mövqeyi olan ölkədir.

Düzgün və qətiyyətli siyasət, Azərbaycanın yüksəlişi, beynəlxalq mövqelərini daha da möhkəmləndirməsi nəticə etibarilə torpaqlarımızın da işğaldan azad olunmasını təmin etdi. Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın tarixinin ən qüdrətli dövləti olmasının əyani təsdiqidir.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində

nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu

Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq

etmişdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini