22 Fevral 2025

“Barselona” İlkay Gündoğanı transfer etdi – FOTO

İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançester Siti” klubunda çıxış edən İlkay Gündoğanı transfer edib.

BAKU.WS xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.https://www.instagram.com/p/Ct8jM4-skeM/embed/captioned/?cr=1&v=12&wp=616&rd=https%3A%2F%2Fbaku.ws&rp=%2Fsports%2F192303#%7B%22ci%22%3A0%2C%22os%22%3A12291.200000000186%2C%22ls%22%3A4893.600000000093%2C%22le%22%3A10302.399999999907%7D