İranın Rusiya Federasiyası ilə birgə təlimlərinin səbəbi açıqlanıb
İran və Rusiya arasında fevral ayının ortalarında keçiriləcək hərbi təlimlər Hind Okeanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
APA İRNA-ya istinadən bildirir ki, bunu bazar günü İran ordusunun komandir müavini Həbibollah Sayari söyləyib.
O bildirib ki, təlimlər Hind Okeanının şimal hissəsində təhlükəsizliyin təmin edilməsinə yönəlib.