23 Dekabr 2024

Samir Adıgözəlli: “Ümid edirik ki, media sahəsində aparılan islahatlar bölgələri, xüsusilə də Qarabağı da tam əhatə edəcəkdir”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təsis etdiyi “Zəfər Media Mükafatı” təqdimatı bir neçə gün əvvəl Ağdamın Quzanlı qəsəbəsində keçirildi. İSBAM-ın sədri Samir Adıgözəlli ilə söhbətimiz bu mukafatın yaranma zərurəti və bölgə mediasıyla bağlı perspektiv planlar barəsində oldu.

  • “Zəfər Media Mükafatı”nın yaranma ideyası və zərurəti nə vaxt meydana gəldi?
  • İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi olaraq istər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də 44 günlük müharibə dövründə cəbhə bölgəsinə mütamadi səfərlər etmişik. Hamı kimi, biz də Ordumuzun yanında olmağa çalışırdıq. O vaxtlar bölgədə fəaliyyət göstərən media nümayəndələriylə dəfələrlə görüşlərimiz olurdu. Və biz jurnalist və operatorların İnformasiya cəbhəsində olduqca gərgin fəaliyyətlərinə şahid olduq. Savaş bitəndən sonra İSBAM İdarə Heyətinin qərarıı ilə “Zəfər Media Mükafatı”nı təsis etməyi və bu mukafatı səmərəli fəaliyyət göstərən  media nümayəndələrinə təqdim etməyi qərara aldıq.
  • Seçim necə aparıldı?
  • Bilirsiniz, “görsənən dağa nə bələdçi” deyirlər. Biz ilk olaraq müxtəlif televiziya və informasiya agentliklərinin Qarabağ bürolarında illərdir ki çalışan nümayəndələrinı mukafatlandırmağa çalışdıq. Axı, Qarabağ üzrə bölgə müxbirləri və operatorları  təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, atəşkəs dövründə və 2016-cı ilin Aprel döyüşlərində də informasiya cəbhəsində gərgin çalışıblar, ermənilərin təxribatları, yaşayış məntəqələrimizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı reportajlar hazırlayıblar. Hal-hazırda isə işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlar verməkdə davam edirlər.
  • Bəs media nümayəndələri necə qarşıladıalr bu mukafatı?
  • Xoş sürpriz oldu, deyə bilərəm. Məlum oldu ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra bir qrup media qurumlarının əməkdaşları gəlib Tərtərdə özləri-özlərinə mukafat verib gediblər. Bu dəfə isə gördükləri bu diqqət onların fəaliyyətinə bir növ stimul vermiş oldu.
  • Ümumiyyətlə, araşdırma mərkəzi olaraq bölgə mediasının inkişafıyla bağlı fikirləriniz nələrdir?
  • Hesab edirəm ki, media qurumlarının Qarabağ bölgəsində fəaliyyət göstərən müxbir və operatorlarının təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında fəaliyyətləri daha çox diqqət mərkəzində saxlanılmalıdır. Ümid edirik ki, media sahəsində aparılan islahatlar bölgələri, xüsusilə də Qarabağı da tam əhatə edəcəkdir.

Təəssüflə bildirməliyik, bu vaxtadək kütləvi informasiya vasitələrinə dəstək əsasən Bakıda fəaliyyət göstərən media nümayəndələrini əhatə edib. İstər jurnlistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılamsı, istər digər qiymətləndirmələrdə bölgə mediası yumşaq desək, unudulub, yaddan çıxıb. Biz hal-hazırda bölgə mediasının inkişafıyla bağlı yeni təkliflər hazırlayırıq və bu təkliflər ilə  “Medianın İnkişafı Agentliyi”nə  və digər müfaviq qurumlara müraciət edəcəyik.

  •  Bəs “Zəfər Media Mukafatı” ilə bağlı hansı planlar var?
  •  Bilisiniz ki, 44 günlük savaşda Azərbacanın haqq səsinin dünyaya çatdırılmasında türkiyəli media nümayəndələri xüsus rol oynadılar. Bundan başqa, artıq  Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu iki aspekti nəzərə alaraq yaxın günlərdə qardaş Türkiyən olan bir qrup media nümaynədəsinə “Zəfər Media Mukafatı” təqdim etməyi nəzərdə tutmuşquq. Başqa planlarımız da var, onlar haqqında tezliklə ictimaiyyətə məlumat verəcəyik.
  • Turaz.az