İsrailli politoloq: “Njdenin xatirəsini əbədiləşdirmək Holokost qurbanlarının xatirəsinə təhqirdir”
İsrailli politoloq Arye Qut Yerevanda Holokost qurbanlarının xatirəsinə qoyulmuş abidənin təhqir olunmasını qınayıb.
“Report”a açıqlamasında A.Qut bunun faşizmin və neonasizmin uzun müddətdir dövlət ideologiyasına çevrildiyi ölkədə antisemitizmə aid başqa bir fakt olduğunu açıqlayıb.
“Biz, israillilər 5 il əvvəl İrəvanda nasistlərin, faşistlərin əlaltısı olan antisemit Qaregin Njdeyə ucaldılmış abidəyə necə reaksiya verməliyik? Bir ölkə insanlığa qarşı cinayətdə günahlandırılan faşist cinayətkara qəhrəman deyə bilərmi? Erməni faşist və antisemit general Njdeyə abidə ucaldılaraq onun xatirəsini əbədiləşdirmək biabırçılıq və Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxsən mənim – babası faşitlərin Ukraynada törətdiyi qətliamlarda bütün ailə üzvlərini itirmiş bir insan üçün İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması dözülməz mənəvi əzabdır”, – o deyib.