30 İyun 2025

Paşinyan Zəngəzura səfər edəcək

“Sputnik Ermənistan”ın yazdığına görə Ermənistanın baş naziri N. Paşinyan gələn həftənin birinci günü Sünik vilayətinə səfər edəcək. Bu barədə hökumət başçısı özünün facebook səhifəsində məlumat verib.

Gələn həftənin ilk iş günündə bölgəyə səfər edəcək baş nazir N. Paşinyan Mehri, Gorus,Qafan ,Sisian rayonlarına baş çəkəcək. Səfər çərçivəsində Paşinyanın vətəndaşlar, vilayət administrasiyası və icma nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, Zəngilan rayonunun Azərbaycan – Ermənistan sərhəddinin demarkasiya və delmitasiyası səbəbindən ermənilər möhkəmləndikləri mövqelərdən geri çəkilməyə məcbur ediliblər. Nəticədə, əlverişli yüksəkliklərdə Azərbaycan ordusunun əsgərləri yerləşib. Bununla da Ermənistanın Qafan rayon mərkəzi və 13-ə qədər kəndi müşahidə altına düşüb. Yaranmış vəziyyət isə bölgədəki ermənilərdə  təşviş yaradıb.